AZ

Bu şəxslər 800 manat CƏRİMƏLƏNƏCƏK

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

EKOLOGİYA.AZ  bildirir ki, dəyişikliyə əsasən, vəkil adından qanunsuz istifadəyə görə cərimələrin dispozisiyasında dəyişiklik ediləcək.

Mövcud qanunvericiliyə görə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunda nəzərdə tutulmuş qaydada vəkil statusunu əldə etməmiş şəxs tərəfindən gəlir əldə etməklə vəkil adından istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə edilir.

Layihəyə əsasən, Vəkillər Kollegiyasının üzvü olmayan şəxs tərəfindən gəlir əldə etməklə özünə münasibətdə və ya təşkilatının adında “vəkil” sözündən və bu sözün istifadə edildiyi ifadələrdən, eyni zamanda onların başqa dillərə tərcüməsindən istifadə olunmasına görə fiziki şəxslər 200 manatdan 300 manatadək məbləğdə, vəzifəli şəxslər 600 manatdan 800 manatadək məbləğdə cərimə ediləcək.

Məsələ səsverməyə qoyularaq son oxunuşda qəbul edilib.

Seçilən
27
29
ekologiya.az

10Mənbələr