AZ

Beyləqanda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb

Beyləqan rayonu, I Şahsevən kəndində fəaliyyət göstərən fərdi sahibkar Şəhla Həsənovaya məxsus maye qazdoldurma məntəqəsinin fəaliyyəti dayandırılıb.

Bu barədə Ucnoqta.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, məntəqənin istismarının dayandırılmasına səbəb yoxlama zamanı orada insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntuların aşkarlanması olub.

Seçilən
223
6
ucnoqta.az

7Mənbələr