AZ

FHN Beyləqanda maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb (FOTO)

Bakı.Trend:

FHN Beyləqan rayonu, I Şahsevən kəndində maye qazdoldurmaməntəqəsinin istismarını dayandırıb.

Trend xəbərverir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərinTəhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyisənayedə və dağ-mədən işlərində təhlükəsizliyin təmin olunmasıistiqamətində səlahiyyətləri daxilində zəruri tədbirləringörülməsini davam etdirir.

Bu çərçivədə, Agentliyin müfəttişləri tərəfindən Beyləqanrayonu, I Şahsevən kəndində fəaliyyət göstərən fərdi sahibkarHəsənova Şəhla Xıdır qızına məxsus maye qazdoldurma məntəqəsindəplan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükəyarada biləcək pozuntular aşkarlanıb.

Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan 1 ədədtutumun istismar müddətinin bitdiyi, texniki müayinələrinaparılmadığı, nəzarət-ölçü cihazları və qoruyucu qurğularınyoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkünolmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığıtəhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarıAgentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntularınaradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkaratəqdim edilib.

FHN
FHN
FHN
FHN
Seçilən
180
10
az.trend.az

10Mənbələr