AZ

Azərbaycan idman ölkəsidir



Etiraf olunmalıdır ki, Azərbaycanın xüsusilə son bir neçə ildə ardıcıl olaraq mötəbər beynəlxalq idman tədbirlərinə uğurla ev sahibliyi etməsi, idmançılarımızın beynəlxalq arenalarda əldə etdikləri yüksək nəticələr ölkəmizin qlobal imicinin formalaşmasında mühüm rol oynayır. Ölkə Prezidenti cənab İlham Əliyev də dekabrın 26-da keçirilən və 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə çıxış edərkən bildirdi ki, bu kimi tədbirlər ölkəmizin imicini, idman potensialını bütün dünyaya nümayiş etdirir. MDB ölkələrinin üçüncü Oyunlarının bir neçə şəhərdə, o cümlədən Gəncə və Xankəndidə keçirilməsi Azərbaycanın təşkilati imkanlarını və regional potensialını göstərdi. Dövlət başçımızın vurğuladığı kimi, minlərlə xarici qonağın iştirakı ilə bölgələrdə keçirilmiş MDB Oyunları bizim tükənməz imkanlarımızdan xəbər verir.

Bakıda ilk dəfə keçirilən UFC beynəlxalq turniri və ənənəvi Formula 1 yarışları da ölkəmizin dünya miqyasında tanıdılmasında mühüm rol oynayır: Mötəbər beynəlxalq idman yarışlarına ev sahibliyi etmək ölkəmizdə həyata keçirilən idman siyasətinin mühüm tərkib hissəsidir. Xüsusilə Formula 1 yarışlarının keçirildiyi dünya şəhərlərinin siyahısına Bakının da adının əlavə olunması Azərbaycanın yüksək potensialının daha bir nümayişidir. Bu yarışların yarım milyardlıq auditoriyaya malik olması Azərbaycanın təkcə idman deyil, həmçinin turizm və mədəniyyət baxımından da qlobal diqqət mərkəzinə çıxmasına şərait yaradır. Öz çıxışında cənab Prezident məhz bu məqamı xüsusi vurğulayaraq bildirdi ki, bütün dünya bu yarışı izləyərkən həm yarışı, həm də şəhərimizin gözəlliyini görür. Bu fikir isə idmanın effektiv “yumşaq güc” aləti olduğunu bir daha təsdiqləyir. Bu il Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi Azərbaycanın dövlət idman siyasətinin məntiqi nəticəsi kimi dəyərləndirilməlidir. Cənab Prezident İlham Əliyev bu hadisəni xüsusi vurğulayaraq, ölkəmizdə idman sahəsində görülən işlərə beynəlxalq müstəvidə yüksək dəyər verildiyini bildirdi. Bunu da qeyd etmək lazımdır ki, Şahdağda keçiriləcək Xizək üzrə Dünya Kuboku kimi tədbirlər Azərbaycanın idman coğrafiyasını daha da genişləndirir. Beləliklə, ölkəmizin qatıldığı və xüsusilə də ev sahibliyi etdiyi beynəlxalq idman yarışları təkcə idman hadisəsi deyil, həmçinin Azərbaycanın siyasi nüfuzunu, iqtisadi potensialını və müasir dövlət imicini gücləndirən strateji alətdir.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.




Seçilən
23
1
aia.az

10Mənbələr