AZ

ADB: Azərbaycanın elektron ticarət gəlirləri 2028 ci ilə qədər 3,5 milyard dollara yaxınlaşacaq

Banco.az saytına istinadən ain.az xəbər verir.

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın elektron ticarət gəlirlərinin 2022-ci ildəki 1,762 milyard ABŞ dollardan 2027-ci ildə 3,448 milyard ABŞ dollarına qədər artacağını proqnozlaşdırır.

Bu barədə  ADB xəbər verir.

Nəticədə Azərbaycan Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramının (CAREC) iştirakçı ölkələri arasında Qazaxıstan (5,909 milyard ABŞ dolları), Pakistan (8,101 milyard ABŞ dolları) və Çindən (2,375 trilyon ABŞ dolları) sonra dördüncü yeri tutacaq.

Bankın gözləntilərinə görə, Azərbaycanda istifadəçi sayı 2025-ci ilin sonuna 3,9 milyon nəfər təşkil edəcək, 2026-cı ildə eyni səviyyədə qalacaq və 2027-ci ildə 4 milyona qədər artacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
1
banco.az

2Mənbələr