AZ

ADPK-də “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib (FOTO)

Bakı.Trend:

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili(Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə “Konstitusiya vəSuverenlik İli” çərçivəsində Azərbaycan Dövlət PedaqojiUniversitetinin (ADPU) nəzdində Azərbaycan Dövlət PedaqojiKollecində “Ümummilli Lider Heydər Əliyev müstəqil AzərbaycanKonstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirilib.

Tədbirdən əvvəl Ombudsman təsisatı tərəfindən hazırlanmış hüquqimaarifləndirici nəşrlərin, eləcə də ötən əsrdə soydaşlarımızınErmənistandan qaçqın düşməsi ilə bağlı faktları özündə əks etdirənsənədlərin sərgisi təşkil olunub.

Tədbirdə Ombudsman Səbinə Əliyeva giriş nitqi ilə çıxış edərək,layihəsi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış və1995-ci il 12 noyabr tarixində qəbul edilmiş müstəqil Azərbaycanınilk Konstitusiyasının insan və vətəndaş hüquqlarının vəazadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi təsbitetdiyini bildirib.

Ombudsman Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi və ölkəPrezidenti İlham Əliyevin uğurla davam etdirdiyi dövlətçilikstrategiyası nəticəsində respublikamızın suverenliyinin tam bərpaedildiyini, insan hüquqlarının qorunması sahəsində ciddinailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb.
Müvəkkil “Konstitusiya və Suverenlik İli” çərçivəsində Ombudsmantəsisatı tərəfindən paytaxt və regionlarda silsilə hüquqimaarifləndirmə tədbirlərinin keçirildiyini qeyd edib. Bugünkütədbirin tələbələrin Konstitusiya və suverenlik məsələlərinə dairhüquqi biliklərinin dərinləşdirilməsi, hüquq düşüncəsinin və hüquqmədəniyyətinin inkişafına xidmət etdiyini diqqətə çatdırıb.

Səbinə Əliyeva, eyni zamanda, Azərbaycan Ombudsmanının insanhüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirdiyifəaliyyəti barədə məlumat verib. O, Ombudsman təsisatının ölkəmizdəfəaliyyət göstərən təhsil müəssisələri ilə səmərəli əməkdaşlıqəlaqələrinin mövcud olduğunu, bu əməkdaşlıq çərçivəsində təsisatınnümayəndələrinin davamlı olaraq tələbələrin hüquqi biliklərininartırılmasına dəstək olduqlarını qeyd edib.

Tədbirdə, həmçinin Ombudsmanın təşəbbüsü ilə hazırlanmış sosialvideoçarx nümayiş olunub.
Yekunda Ombudsman Səbinə Əliyeva tədbir iştirakçılarınımaraqlandıran sualları cavablandırıb.

ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
ADPK-də
Məqalədə:
Seçilən
81
2
az.trend.az

3Mənbələr