AZ

İsraillə ABŞ arasında F-15 sazişi: Bu tarixdə başa çatacaq

İsrailin F-15 təyyarə proqramı üçün “Boeing” şirkətinə 8,6 milyard dollarlıq müqavilə verilib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi (Pentaqon) bəyanat yayıb.

Bildirilib ki, sazişə 25 yeni “F-15IA” təyyarəsinin istehsalı daxildir və istəyə görə əlavə 25 təyyarə istehsal edilə bilər.

"Bu müqaviləyə İsrail Hərbi Hava Qüvvələri üçün 25 yeni “F-15IA” təyyarəsinin dizaynı, inteqrasiyası, cihazların quraşdırılması, sınaqdan keçirilməsi, istehsalı və çatdırılması, eləcə də əlavə 25 “F-15IA” təyyarəsi üçün seçim daxildir”, - bəyanatda qeyd olunub.

Seçilən
94
1
publika.az

2Mənbələr