Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.
Minatəmizləmə ilə məşğul olan şəxslərin vergidən azad olunması və əmək haqlarının artırılması təklif edilib.Bizim.Media xəbər verir ki, bu təkliflə deputat Siyavuş Novruzov parlamentin bugünkü plenar iclasında çıxış edib.O bildirib ki, onların sosial müdafiəyə ehtiyacı var:“Bu, ən çətin işdir, demək olar ki, bu insanlar hər gün ölümlə üz-üzədirlər. Bu sahədə çalışan insanların vergidən azad edilməsi, onlara əlavə güzətlərin edilməsi yerində olardı. Çünki onların əmək haqları o qədər də yüksək deyil və onlara ödənilən kompensasiyanın məbləği də o qədər çox deyil”.Günay Şahmar, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.