Bakı. Trend:
Pakistanın Pəncab əyalətindən qatı dumanla əlaqədar yollarda başverən ağır yol qəzalarında 9 nəfər həyatını itirib, 30 nəfəryaralanıb.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Dumanlı havada görmə məhdudlaşdığı üçün Sahival, Pakpattan,Okara, Toba Tek Sinq kimi rayonların yollarında nəqliyyathadisələri baş verib.
Toba Tek Sinq rayonunda qatı dumanda bir avtobus rikşa ilətoqquşub. Nəticədə 3 nəfər həlak olub, 3 nəfər yaralanıb.
Sahival rayonunda isə baş vermiş qəzada 2 nəfər həyatını itirib,8 nəfər yaralanıb.