Dövlətə xəyanətdə ittiham olunan Akif Bağırovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Akif Bağırov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
O, mərhum akademik Ziya Bünyadovun qətlinə görə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş Mahir Nurhüseyn oğlu Zeynalovun azadlığa buraxılmasına nail olmaq üçün xarici xüsusi xidmət orqanının tapşırığı ilə külli miqdarda pul vəsaitini rüşvət qismində verməyə cəhd etməkdə ittiham edildiyi bildirilir.