AZ

Elektron siqaretin qadağası ilə bağlı qanun təsdiqləndi

Milli Məclis “Tütün və tütün məmulatı haqqında” qanuna dəyişiklik edərək elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsini qadağan edib.

Layihəyə əsasən, nikotin tərkibli elektron siqaretlər tütün məmulatı anlayışına daxil edilir. Qızdırılan tütün məmulatı isə elektron siqaret hesab edilməyəcək. Dəyişikliyə uyğun olaraq Vergi Məcəlləsində və “Reklam haqqında” qanunda da müvafiq düzəlişlər ediləcək, aksiz və reklam qadağaları yeni anlayışlara uyğunlaşdırılacaq.

Qanun üçüncü oxunuşda qəbul olunub və qüvvəyə minməsi 2026-cı il aprelin 1-dən nəzərdə tutulur.

Gülnar Nazimqızı 

Seçilən
35
1
anews.az

10Mənbələr