Müharibə əlilləri və şəhid ailələri bəzi rüsumlardan AZAD EDİLİR-RƏSMİ
Müharibə əlilləri və şəhid ailələri əmlaka mülkiyyətin qeydiyyatı ilə bağlı sənədlərə görə rüsumdan azad edilir. Ajans.az xəbər verir ki, bu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət rüsumu haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Buna əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar, həmçinin hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini), o cümlədən Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirməklə əlaqədar əlilliyi müəyyən edilmiş, habelə şəhid ailəsi statusu almış şəxslərdən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə ipotekanın dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu tutulmayacaq.