Bakı. Trend:
Dövlət qulluqçusu müddətli həqiqi hərbi və ya alternativ xidmətəçağırıldıqda dövlət qulluğuna xitam verilməsi mümkün olacaq.
Trend-inməlumatına görə, bu məsələ Milli Məclisinin bugünkü plenariclasında müzakirə olunan "Dövlət qulluğu haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, dövlət qulluqçusu müddətli həqiqi hərbi və yaalternativ xidmətə çağırıldıqda dövlət qulluğuna xitam verildikdəona orta aylıq dövlət məvacibinin 3 misli miqdarında müavinətödəniləcək.
Dövlət orqanının ləğvi istisna olmaqla, müddətli həqiqi hərbixidmətə çağırılanadək müvafiq dövlət orqanında qulluq keçmişşəxslər, hərbi xidmətdən buraxıldıqdan ən geci 60 təqvim günükeçənədək əvvəlki vəzifəsini tutmaq üçün müraciət etdikdə həminorqanda əvvəlki və ya analoji vəzifəyə təyin ediləcəklər.
Müddətli həqiqi hərbi xidmətə çağırılmazdan bilavasitə əvvəldövlət qulluğu vəzifəsində qulluq keçmiş və ehtiyata buraxıldıqdanbilavasitə sonra yenidən dövlət qulluğu vəzifəsinə təyin edilmişdövlət qulluqçularının müddətli həqiqi hərbi xidmətdə olduqlarımüddət onların qulluq stajı hesablanarkən nəzərə alınacaq.
Qanun layihəsi səsverməyə qoyularaq üçüncüoxunuşda qəbul edilib.