Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Heyvanlar aləmindən istifadə növləri sırasına minatəmizləmə də daxil edilir.
APA xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Heyvanlar aləmi haqqında”” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, heyvanlardan minatəmizləmə fəaliyyətində partlayıcı sursatların aşkarlanması məqsədilə standart əməliyyat prosedurlarına uyğun istifadə edilməsi heyvanlar aləmindən istifadə növləri sırasında yer alacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.