AZ

Minadan zərərçəkənlər dövlət büdcəsi hesabına tibbi yardımla təmin olunacaqlar

Bakı. Trend:

Əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləməfəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqlarıgenişləndiriləcək.

Trend-inməlumatına görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasındamüzakirə olunan "Əhalinin sağlamlığının qorunması haqqında" Qanundadəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Layihəyə əsasən, "Minatəmizləmə fəaliyyəti haqqında" Qanunauyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sistemininmüəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsininvəsaiti hesabına ("Tibbi sığorta haqqında" Qanuna uyğun olaraqxidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığortavəsaitləri hesabına) təmin olunacaqlar.

Qanun layihəsi səsverməyə qoyularaq biroxunuşda qəbul edilib.

Seçilən
27
7
az.trend.az

10Mənbələr