AZ

Avropada gecə qatarlarının fəaliyyətini bərpa edə bilmirlər

Reyting.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avropa İttifaqı maliyyə çatışmazlığı səbəbindən gecə qatarları sənayesini bərpa edə bilmir.

Reyting.az-ın məlumatına görə, "Österreichische Bundesbahnen" şirkətinin nümayəndəsi "Politico" nəşrinə deyib ki, əslində, uzun tədarük müddətləri, yüksək personal xərcləri və gecə işlərinin getdikcə artması ciddi problemlər yaradır.

Deyilənlərlə həmfikir olan "European Sleeper" şirkətinin həmtəsisçisi Kris Engelsman isə investisiya çatışmazlığına diqqət çəkib. Sərfəli təkliflər olarsa, investisiya qoymağa hazır olduğunu söyləyən biznesmen etiraf edib ki, gecə qatarlarının əksəriyyəti çox zərərlidir.

Mövcud problemləri xatırladan Engelsman vurğulayıb ki, gecə qatarları əlavə personal və bahalı vaqon tələb edir, həmçinin gecədə yalnız bircə dəfə səfər edə bilir. Bu isə burokratlar tərəfindən tərtib olunmuş cədvəli çətinləşdirir və narazılıqlara səbəb olur.

"Österreichische Bundesbahnen" şirkəti isə çox çətin durumda qaldığı üçün son vaxtlar xoşagəlməz qərarlar vermək məcburiyyətində qalıb. Şirkət maliyyə dəstəyi olmadığından bəzi marşrutları ləğv edib.

Layihəsini itirmək istəməyən "European Sleeper" şirkəti nəhayət təklifini qəbul etdirə bilib. Şirkətin səyi nəticəsində Brüssel-Milano marşrutunun bərpasına razılaşıblar. Lakin problem hələ də aradan qalxmayıb.

"Österreichische Bundesbahnen" şirkəti isə Fransa subsidiyaları olmadan Paris-Vyana reysini dayandırmalı olub. Bütün bunlarla yanaşı, İsveçrənin imtinasına görə, Bazel-Malmö xəttinin də işə salınmayacağı barədə məlumat yayılıb. Avstriyanın Dövlət Dəmir Yolu şirkətini təmsil edən, həmçinin Avropada nüfuz qazanmış "Österreichische Bundesbahnen"-nin nümayəndəsi bununla bağlı yeni açıqlama verib. Nümayəndənin dediyinə görə, belə davam edərsə, tezliklə, Avropanın gecə qatarları diqqətdən kənarda qalan böyük metal yığınına çevriləcək.

Oqtay QORÇU

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
81
reyting.az

1Mənbələr