Sosial şəbəkədə narkotiki təbliğ edən şəxs HƏBS OLUNDU
Ajans.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, ondan narkotik vasitə olan marixuana aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.