Dünyanın ən bahalı qapıçıları məlum olub.
Msport.az xəbər verir ki, Transfermarkt dəyəri ən yüksək olan əlcək sahiblərini açıqlayıb.
1-ci yeri “Mançester Siti” və İtaliya millisinin üzvü Canluici Donnaruma tutur. Onun dəyəri 45 milyon avro qiymətləndirilir.
İkinci sırada “Portu”nun qapıçısı Dieqo Koştadır – 40 milyon avro.
Dortmund “Borussiya”sının “1 nömrəsi” Qreqor Kobel 40 milyon avro dəyəri ilə 3-cü pillədədir.