AZ

Ötən gün 35 cinayətin üstü açılıb

Yazını böyüt
Yazını kiçilt

Dekabrın 29-da ölkə ərazisində qeydə alınan 33, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Hafta.az-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 232, o cümlədən borclu şəxs qismində axtarışda olan 214, ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 6 və dələduzluğa görə axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin narkotiklərlə əlaqədar 4 fakt müəyyən olunub. Polis əməkdaşları paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 2 tapança, 11 qumbara, 2 tüfəng, 10 patron darağı və 37 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı isə 9 fakt müəyyən olunub.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər də saxlanılıb.

Seçilən
37
19
hafta.az

10Mənbələr