Bakı. Trend:
Bayram bitəndə çox adamda ağırlıq və şişkinlik, eyni zamanda“sabahdan pəhriz saxlayacağam” düşüncəsi olur. Burada ən doğruaddım özünü ittiham etmək yox, bədəni tədricən normal ritməqaytarmaqdır.
Trend xəbərverir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişindəSəhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq EminMəmmədov açıqlayıb.
Onun sözlərinə görə, sərt pəhrizlər, uzunmüddətli aclıqlar,qəfil idman marafonları heç nəyi düzəltmir, əksinə metabolizmanıdaha da stresə salır:
“İlk iki gün sadə və yüngül qidalanma kifayətdir: tərəvəz əsaslıyeməklər, sulu xörəklər, qaynadılmış və ya sobada bişmiş ət, bol suvə bir qədər hərəkət. Məqsəd bədəni boşaltmaq deyil, sisteminəqaytarmaqdır. Bayram sonrası səhərlər mütləq yüngül, lifli vəzülallı səhər yeməyi etmək lazımdır. Bu həm qan şəkərinistabilləşdirir, həm də gün ərzində yemək istəklərini azaldır.Günorta porsiyasını bir qədər kiçik, axşamı isə daha yüngül seçməkbədəni rahatlaşdıracaq. Ən kritik məqam isə duzun və çörəyinmiqdarını azaltmaqdır. Bu, bədəndəki ödemi azaldır, iki-üç günəinsan özünü daha yüngül və rahat hiss edir”.
Mütəxəssis-ekspert bildirib ki, bayram sonrası reabilitasiyaprosesində su qəbulunu artırmaq xüsusi önəm daşıyır:
“Çox vaxt insanlar şişkinliyi “çox yemişəm” kimi başa düşür,amma əslində səbəb maye defisiti də ola bilər. Gündə 1.5–2 litr suiçmək həm həzmi yüngülləşdirir, həm də bədəni bayram süfrəsininyüklərindən təmizləyir. Yüngül gəzinti və ya 20 dəqiqəlik idman dametabolizmi yenidən oyadır.
Bayram günlərində bir az artıq yemək normaldır. Lakin ardıncadüzgün qida ritminə qayıtmaq da, elə bir o qədər asandır. Əgər bunusistemli formada etsəniz, bədən iki-üç günə artıq öz ritminədüşər”.