AZ

Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bakı.Trend:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxıngünlər ərzində bir sıra ərazilərdə yağıntılı və soyuq havaşəraitinin davam edəcəyi, əsasən dağlıq rayonlara qar yağacağı,ayrı-ayrı yerlərdə intensiv olacağı, bəzi yerlərdə güclü küləkəsəcəyi proqnozlaşdırılır.

Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi əhaliyəmüraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməletməyə çağırır.

Trend xəbərverir ki, bu barədə FHN-nin gözlənilən hava şəraiti ilə əlaqədarəhaliyə müraciətində qeyd edilir.

Bildirilir ki, soyuq hava şəraiti qaz və elektrik qızdırıcıcihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan bucihazlardan istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddiriayət edilməlidir. Nasaz, qeyri-standart və ya kustar üsullahazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrikşəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olanqızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır.

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə dədağlara səfər edən vətəndaşlar şaxtalı havada mümkün qədər yaşayışməntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkətistiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı,avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğu və kifayətqədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu ehtimalı olanyerlərdən, o cümlədən dik yamaclardan kənar gəzmək və gününqaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönmək tövsiyəolunur.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı vəmüvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq,elektrik dirəyi və naqillərinin, hündür ağacların altındadayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verənyanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərəalaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarınaxüsusilə ciddi riayət edilməlidir.

Məqalədə:
Seçilən
126
39
az.trend.az

10Mənbələr