Türkiyənin “Qalatasaray” komandasının hücumçusu Viktor Osimhen yeni il ərəfəsində özünə bahalı hədiyyə alaraq diqqət çəkib.
İdman.Biz xəbər verir ki, Osimhen təxminən 1.3 milyon AZN dəyərində brilyantlarla bəzədilmiş qızıl boyunbağı əldə edib.
Məlumata görə, zinət əşyası xüsusi dizayn edilib və onun üzərində futbolçunun baş hərfləri, forma nömrəsi, Nigeriya bayrağı və keçi rəsmi yer alır. Keçi təsviri idmanda tez-tez “GOAT” (bütün zamanların ən yaxşısı) ifadəsinə işarə kimi istifadə olunur və Osimhen də bunu simvolik detal kimi seçib.