Bakı.Trend:
Abşeron və Yasamal rayonunda oğurluq edən şəxslərsaxlanılıblar.
Trend-inməlumatına görə, Abşeron rayonu Masazır qəsəbəsi ərazisində birnəfər polisə müraciət edərək “Tofaş” markalı nəqliyyat vasitəsindənnaməlum şəraitdə 900 manat dəyərində maqnitofon, səsgücləndirici vəmobil telefonun talanmasını bildirib.
Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 31 yaşlı T.Namazov və32 yaşlı E.Balayev müəyyən olunaraq saxlanılıb.
Yasamal rayonunda isə bir nəfərə məxsus 400 manat dəyərindəskuter oğurlayan əvvəllər məhkum olunmuş N.Qasımov da polisəməkdaşları tərəfindən saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.