Bakı.Trend:
Dekabrın 29-da ölkə ərazisində qeydə alınan 33, əvvəlkidövrlərdən bağlı qalan 2 cinayətin açılması polis əməkdaşlarıtərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, axtarışdaolduğuna görə ümumilikdə 232, o cümlədən borclu şəxs qismindəaxtarışda olan 214 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvilverilib.
Narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatıngötürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.