AZ

İsveçrə bank nəhənginin 2026 cı il üçün qızıl proqnozu

Banco.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Müəllif:Mehin Qasımova,Banco.az

İsveçrənin bank nəhəngi UBS qızılın qiyməti ilə bağlı proqnozlarını yuxarı istiqamətdə yeniləyib.

Banco.az xəbər verir ki, bankın yeni qiymətləndirməsinə görə, 2026-cı ilin mart, iyun və sentyabr aylarında qızılın bir unsiyası 5 000 dollar səviyyəsində olacaq. Bu, əvvəlki 4 500 dollarlıq proqnozdan yüksəkdir.

UBS-in gözləntilərinə əsasən, 2026-cı ilin son rübündə qızılın qiyməti bir qədər geri çəkilərək 4 800 dollar səviyyəsinə enə bilər. Bank açıqlamasında bildirib ki, uzunmüddətli mövqeyini qoruyur və qiymət hədəflərini yüksəltməkdə davam edir.

Qeyd edək ki, proqnozların artırılması geosiyasi risklər, eləcə də qlobal bazarlarda təhlükəsiz sığınacaq aktivlərinə artan tələbatın qızıl qiymətlərini dəstəkləyəcəyi gözləntiləri ilə əsaslandırılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
99
1
banco.az

2Mənbələr