AZ

Bakıda arvad ərini bellə döydü

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda arvad ərini bellə döyüb.Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində baş verib. Şəki rayonunda qeydiyyatda olmaqla Binə qəsəbəsində yaşayan, 1993-cü il təvəllüdlü Gülər Ağayeva (adı və soyadı şərtidir) yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisə davaya çevrilib və nəticədə G.Ağayeva həyətdəki bellə ərinin baş və sifət nahiyələrinə zərbələr endirib.Kişinin şikayəti əsasında hadisə yerinə polis əməkdaşları gəliblər, qadın saxlanılıb. Faktla bağlı cinayət işi başlanılıb və iş Xəzər Rayon Məhkəməsinə göndərilib. Məhkəmə istintaqı dövründə ər-arvad arasında barışıq elan olunub. Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib, qadın məsuliyyətdən azad olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
12
demokrat.az

10Mənbələr