31 dekabr-2 yanvar tarixlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Bu barədə Hidrometerologiya Xidmətindən məlumat verilib.
Bakıda və Abşeron yarımadasında
Dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq.
Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.
Yanvarın 2-də hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 1-3° isti, gündüz 3-5° isti olacaq.
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərurda
31 dekabr tarixində hava şəraitinin əsasən yağmursuz olacağı, lakin 31-i axşamdan yanvarın 2-si səhərədək arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 0-5° isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşamdan yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 6-11° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi yolların buz bağlaması ehtimalı var.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda
Hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin 31-i axşam dağlıq ərazilərdən başlayaraq yanvarın 2-si axşamadək bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-7, dağlıq ərazilərdə 10-13° şaxta, gündüz 0-5 dərəcə isti, dağlıq ərazilərdə 3°-dək şaxta olacaq.