ain.az, Axar.az saytına istinadən bildirir.
Ukraynanın Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücumuna cavabımız diplomatik olmayacaq.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
“Cavab qeyri-diplomatik olacaq. Heç ümid də etməsinlər”, - deyə Zaxarova bildirib.
Bundan əlavə, XİN sözçüsü Ukrayna prezident ofisinin “beynəlxalq terror hücrəsi”nə çevrildiyini iddia edib.
Qeyd edək ki, Kiyevin 91 dronla Putinin Novqoroddakı vilayətinə hücum edildiyi deyilir.
Lakin Ukrayna Prezidenti Zelenski hücum barədə iddiaları rədd edib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.