"Latsio"nun baş məşqçisi Mauritsio Sarri əməliyyat olunmalı olub.
Fanat.Az xəbər verir ki, informasiyanı paytaxt klubunun mətbuat xidməti yayıb.
66 yaşlı italiyalı mütəxəssis ürəyində ağrılar hiss etdiyi üçün həkimə müraciət edib və ona aritmiya pozğunluğu diaqnozu qoyulub.
O, Romanın Tor Vergata Poliklinikasında transkateter ablasiya əməliyyatından uğurla keçib.
Sarri bir neçə gündən sonra komanda ilə birlikdə işə qayıdacaq.
"Latsio" 17 turda 24 xalla Seriya A turnir cədvəlində 8-ci yerdədir.