AZ

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya BƏƏ-nin hərbi gəmilərinə zərbələr endirib

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi birləşmiş koalisiya rəsmi icazə olmadan BƏƏ-dən Yəmənin Əl-Mukalla limanına gedən iki gəmiyə hava hücumları həyata keçirib.

"Koalisiya qüvvələri bu səhər iki gəmidən boşaldılmış silah və hərbi texnikaya qarşı məhdud hərbi əməliyyat keçirib", Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiya qüvvələrinin sözçüsü Turki əl-Malikinin sözlərinə istinadən bildirib.

Onun sözlərinə görə, iki gəminin ekipajları münaqişəni qızışdırmaq məqsədilə Hadramout və Əl-Mahra əyalətlərindəki Cənub Keçid Şurası (STC) qüvvələrini dəstəkləmək üçün izləmə sistemlərini sıradan çıxarıb və çoxlu sayda silah və hərbi texnikanı boşaldıblar.

Bir müddət əvvəl Birləşmiş Koalisiya Yəmənin Hadramout bölgəsində Əl-Mukkəllə limanının UPS qüvvələri tərəfindən ələ keçirilməsindən sonra hərbi əməliyyatın başladığını elan etmişdi.

Əziz MUSTAFA

Seçilən
33
17
oxumeni.az

10Mənbələr