AZ

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya BƏƏ-nin hərbi təchizat daşıyan gəmilərinə zərbə endirdi

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya rəsmi icazə olmadan BƏƏ-dən Yəmənin əl-Mukalla limanına gedən iki gəmiyə hava hücumu təşkil edib.

 

Bu barədə Səudiyyə Ərəbistanının SPA xəbər agentliyi koalisiya sözçüsü Turki əl-Malikiyə istinadən məlumat yayıb.

 

"Koalisiya qüvvələri bu səhər iki gəmidən boşaldılmış silah və hərbi texnikanı hədəf alaraq məhdud hərbi əməliyyat keçiriblər", - məlumatda deyilir.

 

APA

Tarix: 30 Dekabr 2025, 07:24   
Seçilən
65
17
pravda.az

8Mənbələr