FİFA prezidenti Canni İnfantino DÇ-2026-nın biletləri üçün 150 milyon müraciətin daxil olduğunu bildirib.
Publika.az xəbər verir ki, İnfantinonun sözlərini qurumun saytı sitat gətirib.
“Satışda 6-7 milyon biletimiz var. 15 gün ərzində 150 milyon müraciət aldıq. Bu, hər gün 10 milyon müraciət deməkdir. Bu, Dünya Kubokunun gücünü və əhəmiyyətini nümayiş etdirir.
Dünya Kubokunun təxminən 100 illik tarixi ərzində FİFA ümumilikdə 44 milyon bilet satıb.