Bakı. Trend:
Son günlər Şimali Avropa ölkələrində müşahidə olunan güclü“Yohannes” fırtınası genişmiqyaslı dağıntılara və enerjitəchizatında ciddi fasilələrə səbəb olub.
Trend xəbər verir ki, ŞimaliNorveçdə əlverişsiz hava şəraitindən sonra yüzlərlə ziyanla bağlımüraciət qeydə alınıb. Bələdiyyələrdən birində məktəbin pəncərələridemək olar ki, tamamilə sınıb, yaşayış evləri, avtomobillər vəictimai binalar ziyan görüb. Fırtına, həmçinin aviasiya, bərə vəavtomobil nəqliyyatının işində ciddi pozuntular yaradıb.
İsveçdə fırtına zəifləsə də, onun elektrik enerjisi təchizatınamənfi təsiri davam edir. Fırtına başlamasından bir sutka keçməsinəbaxmayaraq, xüsusilə də ölkənin mərkəzi və şimal bölgələrində 15mindən çox ev təsərrüfatı hələ də işıqsız qalıb. Enerji şirkətləribərpa işlərinin çoxlu sayda aşmış ağaclar səbəbindən çətinləşdiyinibildirir və bəzi istehlakçıların bir neçə gün də elektrik enerjisizqala biləcəyi barədə xəbərdarlıq edirlər. Fırtına zamanı üç nəfərhəyatını itirib.
Finlandiyada da vəziyyət ağır olaraq qalır. Fırtınadan sonra 152bələdiyyədə 26 mindən çox istehlakçı hələ də elektrik enerjisi ilətəmin olunmayıb. Enerji şirkətləri təmir-bərpa işlərinin bir neçəsutka çəkə biləcəyini bildirirlər. Bundan əlavə, təbii fəlakətdəmir yolu və hava nəqliyyatının fəaliyyətində də fasilələryaradıb.
Zərər çəkmiş bütün ölkələrdə hakimiyyət orqanları və fövqəladəxidmətlər gücləndirilmiş iş rejimində fəaliyyətlərini davametdirirlər.