BAKI, 30 dekabr. TELEQRAF
Milli Məclisin deputatı Bəxtiyar Əliyevə ağır itki üz verib.
Teleqraf-ın əldə etdiyi məlumata görə, millət vəkilinin qardaşı Qabil Əliyev vəfat edib.
Qeyd edək ki, Q.Əliyev uzun müddət ədliyyə orqanlarında müxtəlif vəzifələrdə çalışıb, həmçinin elmi fəaliyyətlə də məşğul olub. Bundan başqa o, Prezident Administrasiyasında da işləyib.