AZ

“Qarabağ”la oynamaq üçün II Bundesliqadan hücumçu aldılar

Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Ayntraxt" heyətinə yeni hücumçu cəlb edəcək.

Sportinfo.az xəbər verir ki, Frankfurt klubu "Elversberqa"də çıxış edən Yunes Ebnutalibin keçidini həll edib.

Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.

"Ayntraxt" almaniyalı forvard üçün II Bundesliqa təmsilçisinə 8 milyon avro təzminat ödəyəcək. 22 yaşlı forvardla 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanacaq.

Yunes Ebnutalib bu mövsüm "Ayntraxt"ın heyətində meydana çıxdığı 19 rəsmi matçda 12 qol vurub.

"Qarabağ"ın "Ayntraxt"la oyunu gələn il yanvarın 21-də Bakıda baş tutacaq.

Seçilən
17
50
sportinfo.az

10Mənbələr