AZ

Məşhur klubun prezidenti həqiqətən “narkoman”dır? - AÇIQLAMA

İstanbul Baş Prokurorluğu “Fənərbaxça”nın prezidenti Sadettin Saranın narkotik testinin nəticələri ilə bağlı yayılan iddialara rəsmi münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, bu barədə prokurorluğun Qaçaqmalçılıq, Narkotik və İqtisadi Cinayətlər üzrə İstintaq Bürosu məlumat yayıb.

Qurum tərəfindən aparılan araşdırma çərçivəsində bəzi media orqanlarında S. Saranın özəl laboratoriyada verdiyi analizlərin “təmiz” çıxması barədə xəbərlər təkzib olunub.

Rəsmi açıqlamada bildirilir ki, istintaq materiallarına kənardan heç bir ekspert rəyi daxil edilməyib.

Vurğulanıb ki, şübhəlinin bioloji materiallarının müayinəsi ilə bağlı iş qovluğunda olan yeganə hüquqi və rəsmi sənəd Məhkəmə Tibbi Ekspertizası İnstitutu tərəfindən hazırlanmış hesabatdır. Prokurorluq istintaqın məxfi davam etdiyini diqqətə çatdırıb.

S.Saran narkotik vasitələrin istifadəsi, saxlanılması və istifadəçilərə şərait yaradılması kimi maddələrlə ittiham olunur.

Seçilən
38
50
sportinfo.az

10Mənbələr