ain.az, Reyting.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ-nın Ohayo ştatında süni intellektin "şüurlu" bir sistem sayılmasının qadağası ilə bağlı müzakirələr başlayıb.
Reyting.az xəbər verir ki, Ohayo ştatını təmsil edən respublikaçıların nümayəndəsi, texnologiya və innovasiyalar komitəsinin sədri Taddeus Kleqqattın təşəbbüsü sayəsində bütün süni intellekt sistemlərini "şüursuz varlıq”lar kimi tanıyan yeni qanun layihəsi təqdim edilib.
Yeni layihənin müzakirələri zamanı məlum olub ki, məqsəd test mexanizmi və ya gələcəkdə yenidən baxılma imkanını nəzərdə tutmaq deyil, sadəcə, süni intellektdən istifadədə hüquqi məsuliyyətə aydınlıq gətirməkdir.
"Wall Street Journal" nəşri bu təşəbbüsü sərt şəkildə tənqid edib. "AE Studio" kanalına çıxan Kemeron Berq və Cadd Rozenblatt isə belə bir düşüncə tərzini qınayıblar. Onların sözlərinə görə, "şüurun çətin problemi"nin hələ bioloji sistemlər üçün həll edilmədiyi bir dövrdə əminliklə bu cür yekun qərarlar vermək yanlışdır, eyni zamanda inkişafa zərbə deməkdir.
Daha sonra mütəxəssislər nümunə kimi "Claude 4" süni intellekt modellərində aparılmış təcrübəni və Nobel mükafatı laureatı Ceffri Hintonun suni intellekt üzərində subyektiv təcrübənin mümkün olduğunu sübut edən böyük işlərini misal çəkiblər.
Bildirilir ki, əksər böyük laboratoriyaların mövqeyində ziddiyyət var. Süni intellek sahəsində püxtələşən "OpenAI" şirkətinə məxsus olan sənədlərdə bu məsələ açıq qalır, bununla belə, "ChatGPT" sistemi şüurlu olmadığını qəti şəkildə bildirir.
Elə bu səbəbdən də tənqidçilər xəbərdarlıq edirlər ki, əgər gələcəkdə şüurlu süni intellekt yaranarsa, onu əvvəlcədən "şüursuz" elan edən qanun ümumi münasibətləri riskə atacaq. Bəzi mütəxəssislərin fikrincə, özünü tamamilə mükəmməl və şüurlu hesab edən süni intellekt hətta insanların ağıl potensialına şübhə ilə yanaşa, insanı üstələməyə çalışa bilər.
Taddeus Kleqqattın tərəfdarları isə deyiblər ki, qarşı tərəfin iddiaları, bu cür yanaşmalar yanlışdır, üstəlik, hüquqi sistemin fəlsəfi konsensus gözləməyəcəyi aydın olduğuna görə, ABŞ ərazisində süni intellekt "şüursuz varlıq”lar sayılmalıdır.
Oqtay QORÇU
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.