Daşınmaz əmlak bazarında tez-tez müzakirə olunan məsələlərdən biri də mənzildə qeydiyyatda olan şəxslərin hüquqları ilə bağlıdır. Bəs mənzildə qeydiyyatda olan şəxslərin razılığı olmadan həmin əmlakı satmaq mümkündür? Əmlak eksperti Elnur Azadov Metbuat.az-a açıqlamasında bildirib ki, bu məsələ ölkəmizdə bir çox vətəndaşı narahat edir. Çünki hər hansı bir əmlakın alınması zamanı həmin ünvanda qeydiyyatda olan şəxslər prosesdə iştirak etmirlər, lakin əmlak satılarkən onların notarial qaydada razılıq ərizələrinin təqdim edilməsi tələb olunur: “Hətta plana düşən ərazilərdə belə problemlər yaşanır. Elə hallar olur ki, vətəndaşın xəbəri olmadan onun mülkiyyətində olan ünvana vaxtilə kimlərsə qeydiyyata salınıb. Təəssüf ki, ölkəmizdə daşınmaz əmlakın alqı-satqısı zamanı həmin ünvanda qeydiyyatda olan şəxslərin razılığı mütləq şərt kimi irəli sürülür”. Sevinc İbrahimzadə / Metbuat.az