Gürcüstan parlament binasının qarşısında etirazlar yenidən başladı. Vətəndaşlar dəyişməz tələbləri ilə toplaşıblar.
Qaziler.az "qruziya onlayn"a istinadən bildirir ki, onların tələbləribunlardır: parlament seçkilərinin keçirilməsi və etiraz zamanı saxlanılanların hamısının azad edilməsi.
Nümayişçilər üzərində müxtəlif məzmunluçağırışlar olan bayraqlar və bannerlər açıblar.
Patrul polisi dəstələri qanunvericilik binasının qarşısında səfərbər edilib.
Xatırladaq ki, davam edən vətəndaş etirazı artıq bir ildir davam edir.
QAZİLER.AZ