AZ

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü 49 saylı orta məktəbdə qeyd edilib - FOTOLAR

31 dekabr tarixinin bütün dünya azərbaycanlılarının birlik, həmrəylik günü kimi hər il böyük təntənə və qürur hissi ilə qeyd olunur. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, dünya azərbaycanlılarının həmrəyliyi və birliyi üçün Ulu Öndər çox böyük səylər göstərib. 1991-ci ildə Naxçıvanda onun təşəbbüsü ilə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü" kimi elan edilib.

Xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız, hər il dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Gününüböyük həvəs və coşqu ilə qeyd edir. Bu bayram ildən-ilə daha geniş vüsət alır, daha geniş şəkildə keçirilir. Azərbaycanı özünə tarixi Vətən bilən hər bir şəxsin həmrəylik nümayiş etdirməsi qürurvericidir.

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü Bakının Səbail rayonundakı R.Hüseynov adına 49 nömrəli tam orta məktəbdə də geniş şəkildə qeyd edilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açıq elan edilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Elza Bağırzadə çıxış edərək iştirakçıları salamlayıb və şəhid övladlarını təbrik edib, onlara təhsillərində uğurlar arzulayıb. Məktəb direktorunun çıxışından sonra yaradıcı şagirdlərin birlikdə hazırladığı Səməd Vurğunun dillər əzbəri olan “Azərbaycan” şeiri səsləndirilib. I və II Qarabağ müharibəsində iştirak edən şəhidlərimiz yad edildikdən sonra, məktəbin şəhid məzunları haqqında tədbir iştirakçılarına məlumat verilib.

Daha sonra 49 nömrəli məktəbin-liseyin məzunu olmuş, şəhid Rəfael Hüseynovun atası Maarif Hüseynov tədbirdə iştirak edərək, dünya azərbaycanlılarını təbrik edib, istedadlı şagirdlərə təhsillərində uğurlar arzulayıb.

Şagirdlərin böyük coşqu ilə qeyd etdikləri tədbir çərçivəsində məktəblilərə Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi tarixi Zəfər barədə məlumat verilib. Bu Qələbəni xalqımıza bəxş edən Azərbaycan Ordusuna, onun Böyük Sərkərdəsi, Ali Baş Komandan, Prezident İlham Əliyevə, eyni zamanda döyüşlərdə qəhrəmanlıq göstərən əsgər, zabitlərimizə, qazilərimizə, xüsusən də şəhidlərimizə minnərdar olduqlarını vurğulayıblar.

MURAD

Seçilən
20
50
sia.az

10Mənbələr