AZ

Vətən Müharibəsi Qəhrəmanına AĞIR İTKİ - FOTO

Vətən Müharibəsi Qəhrəmanı Yaşar Hüseynova ağır itki üz verib.

"Yeni Sabah" xəbər verir ki, Yaşar Hüseynovun anası Zərnigar Hüseyova vəfat edib.

Mərhumə 13 uşaq anası, qəhrəman ana, şəhid anası, 3 veteran anası olub. O, sabah Ağdam rayonunun Mirəşelli kənd məzarlığında dəfn olunacaq.

Qeyd edək ki, Yaşar Hüseynovun bir qardaşı Füzuli Hüseynov birinci Qarabağ müharibəsində şəhid olub, digər qardaşı Fərman Hüseynov isə qazidir.

Xatırladaq ki, Ağdamın Abdal-Gülablı kəndində anadan olan Yaşar Hüseynov, Şuşaya bayraq sancdıqdan sonra, Azan oxuması ilə diqqət çəkmişdi.


Telegram kanalımız
Seçilən
25
23
yenisabah.az

10Mənbələr