“WhatsApp” istifadəçilərə hesablarına qoşulmuş periferiya cihazları müşahidə etməyə imkan verən yeni panel təqdim edib. Metbuat.az xəbər verir ki, yenilik “WhatsApp”ın iOS beta versiyası istifadəyə verilib. Yeniliyə əsasən bəzi istifadəçilər artıq “Qoşulmuş cihazlar” bölməsində“Apple Watch” kimi hesabların yer aldığı siyahıya daxil ola bilərlər. Hazırda yalnız “Apple Watch” dəstəyi mövcuddur, buna görə də siyahıda yalnız bir periferiya cihaz nümayiş edilir. Bildirilir ki, periferiya cihazlar “WhatsApp” parametrlərindən silinə bilməz. Qoşulmanı bitirmək üçün müvafiq tətbiq birbaşa cihazdan, məsələn, “Apple Watch”dan silinməlidir.