Ümumdünya Səhiyyə Təşkilatının (WHO) yeni hesabatında bildirilir ki, bakteriyaların antibiotiklərə qarşı müqaviməti sürətlə artır və bu, qlobal səhhət üçün ciddi təhlükə yaradır.
Redaktor.az xəbər verir ki, 2025-ci ildə hər altı laboratoriya təsdiqlənmiş bakterial infeksiyadan biri artıq ən çox istifadə olunan antibiotiklərə qarşı müqavimət göstərir.
Müqavimətin artması xüsusilə E.coli və K.pneumoniae kimi ciddi infeksiyalara səbəb olan bakteriyalarda yüksəkdir və bu vəziyyət xəstəxana daxilində sepsis və ölüm riskini artırır. WHO ekspertləri bu böhranın idarə olunması üçün antibiotik istifadəsinin məsuliyyətlə tənzimlənməsini, daha çox antibakterial preparatların inkişafını və sürətli diaqnostik test sistemlərinin tətbiqini vacib sayırlar.
Xədicə BAXIŞLI