AZ

Afrika Millətlər Kuboku: CAR Zimbabveni məğlub edib

Afrika Millətlər Kuboku qrup mərhələsinin Zimbabve və Cənubi Afrika Respublikası (CAR) arasında keçirilən üçüncü tur matçı başa çatıb.

İdman.Biz bildirir ki, CAR 3:2 hesablı qələbə qazanıb.

Yeddinci dəqiqədə yarımmüdafiəçi Çepanq Moremi CAR-ı irəli çıxarıb. 19-cu dəqiqədə hücumçu Tavanda Masvanhise hesabı bərabərləşdirib. 50-ci dəqiqədə CAR-ın hücumçusu Layl Foster komandasının ikinci qolunu vurub. 74-cü dəqiqədə CAR-ın müdafiəçisi Obri Modiba öz qapısına qol vurub. 82-ci dəqiqədə CAR-ın yarımmüdafiəçisi Osvin Appollis penaltidən dəqiq zərbə ilə komandasına qələbə qazandırıb.

CAR xal sayını altıya çatdırıb və B qrupunda ikinci yerə yüksəlib. Zimbabve bir xal qazanaraq öz qrupunda sonuncu yeri tutub.

İdman.Biz
Seçilən
16
10
idman.biz

10Mənbələr