AZ

Bakıda orta məktəbdə şagirdlər zorakılığa məruz qalırlar? İDDİA

Bakupost portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı şəhəri 292 saylı tam orta məktəbdə şagirdlərin fiziki və psixoloji zorakılığa məruz qaldığı iddia olunub.

Bakupost.az Oxu.az-a istinadla xəbər verir ki, məktəblilər bu halları təkcə müəllimlər deyil, direktor müavininin də törətdiyini bildirib.

"Ağzımda konfet var idi. İdman müəllimi məni küncə qoydu, ağzımı sıxdı, nəticədə, dişim zədələndi", - şagirdlərdən biri deyib.

Valideynlərdən biri isə bildirib ki, uşaqlar direktor müavininin zorakılığına məruz qalıb və o, dəfələrlə şagirdləri onun əlindən alıb: "Birinin saçını çəkir, digərinə qarşı ağır ifadələr işlədir. Mənim övladım idmançıdır, saçını qısa saxlayır. Sinifdə hamının yanında ona "sən qızsan, bu nə saç kəsimidir?" deyib. Uşağıma qarşı "heyvan" ifadəsi işlədilib. İdman müəllimi isə şagirdlərə kəmərlə fiziki şiddət göstərib".

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, 292 saylı tam orta ümumtəhsil məktəbində şagirdə qarşı təzyiq göstərilməsi ilə bağlı irəli sürülən iddialar araşdırılacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
1
5
www.bakupost.az

10Mənbələr