Motorsport Italia xəbər verir ki, 2026-cı il mövsümündən etibarən Beynəlxalq Avtomobil Federasiyası (FIA) əsassız şikayətlərin sayını azaltmaq və yarış nəticələrinin müəyyənləşdirilməsini sürətləndirmək məqsədilə etirazlar, apelyasiyalar və yoxlamalar üçün ödənişləri artıracaq.
İdman.Biz bildirir ki, komandaların rəsmi etirazlar və stüardların qərarlarının yenidən baxılması tələbləri üçün xeyli çox pul ödəyəcəkləri bildirilir.
Etirazın əsaslı olduğu aşkar edilərsə, vəsait geri qaytarılacaq. Bu xərclər komandaların büdcə həddinə daxil ediləcək.
Bu təşəbbüs nəticələrin elan edilməsində gecikmələrə səbəb olan və digər komandaları qıcıqlandıran bir sıra mübahisəli etirazlardan (xüsusən də “Red Bull”un 2025-ci il Mayami və Kanada Qran-prisində Corc Rasselə qarşı etirazları) irəli gəlir. Daha yüksək ödənişin tətbiqi etiraz sistemini daha sərt və məsuliyyətli etməlidir.
Artırılmış etiraz ödənşinə əlavə olaraq, rəqib avtomobillərin yoxlanılması üçün ödənişlər də hər bir tələb üçün 20.000 avroya qədər artacaq.