AZ

Putin Trampa Rusiyanın danışıqlar mövqeyinə yenidən baxıldığını bildirib

Yazını böyüt
Yazını kiçilt

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Danışıq zamanı Rusiya lideri Ukraynanın Novqorod vilayətində Rusiya Prezidentinin iqamətgahına hücumundan sonra Moskvanın danışıqlar mövqeyinə yenidən baxmaq niyyətində olduğunu bildirib.

Hafta.az Rusiya mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Onun sözlərinə görə, Vladimir Putin Rusiyanın sülhə nail olunması yollarının tapılması istiqamətində amerikalı tərəfdaşlarla sıx və məhsuldar əməkdaşlığı davam etdirməyə hazır olduğunu vurğulayıb, lakin əvvəllər əldə olunmuş bir sıra razılaşmalar və formalaşmış mümkün həll variantları üzrə Moskvanın mövqeyinin yenidən nəzərdən keçiriləcəyini qeyd edib.

Rusiya Prezidentinin köməkçisi, həmçinin Ağ Ev rəhbərinin və onun müşavirlərinin Vladimir Putini Ukrayna lideri ilə aparılan danışıqların əsas nəticələri barədə məlumatlandırdıqlarını bildirib. Bununla yanaşı, Y.Uşakovun sözlərinə görə, Moskva Kiyevin nizamlanma ilə bağlı təkliflərini geniş şərhlərə açıq hesab edir və bu amilin öhdəliklərin yerinə yetirilməsindən yayınmaq üçün istifadə oluna biləcəyini düşünür.

Seçilən
17
50
hafta.az

10Mənbələr