Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğanın qızı Sümeyya Ərdoğan yeni açıqlamaları ilə gündəmə gəlib. Xanım Ərdoğan bu dəfə qadınların geyimi haqqında danışıb. Metbuat.az xəbər verir ki, Kültür Mədəniyyət Vəqfinin təşkil etdiyi konfransda çıxış edən Sümeyya Erdoğan insanların geyim seçərkən təkcə öz zövqünü deyil, hamı də cəmiyyətin rəyini nəzərə aldığını vurğulayıb: “Geyindiyimiz qiyafətlər bəzən ürəyimizcə olmur. Daha sərbəst geyinmək, rahat olmaq istəyirik. Amma çox vaxt bunu edə bilmirik. Çünki biz yaşadığımız cəmiyyətin bir parçasıyıq. Təkcə özümüzü deyil, həmdə ətrafdakı insanları düşünməliyik. Çox vaxt geyim zövqümüz buna görə formalaşır”. Prezidentin qızı bəzi səmimi etiraflar edib. Sümeyya Ərdoğan deyib ki, əynindəki qiyafətlər çox vaxt onu ifadə etmir: “Məsələn, mən türk milli geyimi olan şalvarda (müasir şalvarların daha geniş forması olan milli geyim) oluram. Amma işimlə, sosyal fəaliyyətimlə əlaqədər olaraq həmişə şalvar geyinə bilmirəm. Nəzərə almaq lazımdır ki, qloballaşma milli geyimləri tədricən sıradan çıxarır. Bu isə yaxşı hal deyil”.