AZ

Hüquqşünas: Piyada səkiləri və keçidlərinin avtomobillər tərəfindən zəbt edilməsi inzibati xəta sayılır

ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Məhəllədə avtomobillərin çoxluğu piyada hərəkətini mümkünsüz hala gətirir. Binanın qarşısı maşınlarla zəbt olunduqda, əlbəttə ki, bu həmin bina sakinlərinin hərəkətinin məhdudluğuna və narahatlığına gətirib çıxaracaq.

Yaşayış ərazilərində və piyada keçidlərində vətəndaşların hərəkət məhdudiyyəti yaranarsa, öz hüquqlarını necə qoruya bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına vəkil Mehman Muradlı bildirib ki, vətəndaşlar Dövlət Yol Polisi (DYP) rayon şöbələrinə müraciət edə bilərlər.

Mehman Muradlı

“Piyada keçidlərinin avtomobillər tərəfindən zəbt edilməsi inzibati xəta sayılır və bu hal üzrə sürücülər məsuliyyət daşıyırlar. Belə hallarla rastlaşdıqda vətəndaşlar Dövlət Yol Polisi (DYP) rayon şöbələrinə müraciət edə bilərlər. Əgər qayda pozan sürücü müəyyən olunub cərimələnərsə, ağılları başlarına gələr. Səki üzərində avtomobil saxlamağın həm cəriməsi, həm də cərimə balı var: bu qayda pozuntusuna görə sürücüyə 3 cərimə balı və 100 manat cərimə tətbiq edilir”-deyə vəkil Mehman Muradlı qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
7
bizimyol.info

10Mənbələr