AZ

Azərbaycan Ermənistan ticarət dialoqu siyasi mesajdır? ŞƏRH

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Azərbaycan və Ermənistan arasında mümkün ticarət əlaqələri ilə bağlı son açıqlamalar regionda yeni siyasi-iqtisadi mərhələnin anonsu kimi dəyərləndirilə bilər. Lakin mövcud vəziyyət göstərir ki, bu məsələ hələlik daha çox siyasi niyyət və mesaj xarakteri daşıyır, nəinki tam formalaşmış, icra mexanizmləri müəyyənləşdirilmiş konkret plan”.Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.O bildirib ki, rəsmi bəyanatların səsləndirilməsi tərəflərin beynəlxalq ictimaiyyətə konstruktiv mövqe nümayiş etdirmək istədiyini göstərir:“Xüsusilə Avropa İttifaqı və regionda marağı olan digər beynəlxalq aktorlar üçün bu cür mesajlar müsbət qarşılanır. Real ticarət münasibətlərinin qurulması üçün zəruri olan hüquqi baza, gömrük mexanizmləri, nəqliyyat-kommunikasiya xətləri və təhlükəsizlik təminatları hələ tam şəkildə mövcud deyil. Azərbaycanın mövqeyi daha praqmatikdir. Rəsmi Bakı açıq şəkildə bildirir ki, iqtisadi və ticarət əlaqələri yalnız sülh sazişinin imzalanması, qarşılıqlı ərazi bütövlüyünün tanınması və kommunikasiyaların açılması fonunda mümkün ola bilər”. O deyib ki, Ermənistan tərəfi isə bu məsələni daha çox iqtisadi blokadadan çıxış və daxili iqtisadi problemlərin yumşaldılması kontekstində gündəmə gətirir:“Hazırkı müzakirələri real ticarət prosesinin başlanğıcı kimi deyil, siyasi-diplomatik hazırlıq mərhələsi kimi qiymətləndirmək daha doğru olardı. Konkret addımların atılması üçün isə sözlü bəyanatlardan praktik razılaşmalara keçid, etimad quruculuğu tədbirləri və regional kommunikasiyaların faktiki açılması əsas şərt olaraq qalır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
demokrat.az

10Mənbələr